Azərbaycan stolüstü tennisçiləri növbəti beynəlxalq təlim-məşq toplanışına qatılıblar.
Presssport.az Fəfederasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, milli komandanın üzvləri bu məqsədlə Türkiyənin paytaxtı Ankaraya yollanıblar.
Baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi altında Vəzir Allahverdiyev, Nihat Məmmədov, Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov, Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Xədicə Əbilzadə, Arzu Aslanova, Mərziyyə Nurmətova, Yağmur Məmmədli və Aylin Əsgərova bu gündən aprelin 1-dək toplanışda olacaqlar. Hazırlıq prosesi Türkiyə millisi ilə birgə keçiriləcək.
Xatırladaq ki, daha bir stolüstü tennisçimiz Onur Quluzadə hazırda Çində təlim-məşq toplanışındadır.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC