"100 milyonluq hücumçu yaxından qol vura bilməyib, təəssüflənmirsə, mən nə üçün təəssüflənim?" - Bəhlul Mustafazadə

Azərbaycan millisinin futbolçusu Bəhlul Mustafazadə sabah yoldaşlıq turnirində Monqolustana qarşı keçirəcəkləri oyundan əvvəl jurnalistlərin suallarını cavablandırıb.

Presssport.az xəbər verir ki, “Qarabağ”ın müdafiəçisi əvvəlcə görüşlə bağlı fikirlərini bildirib: "Düşünürəm ki, bizi fərqli futbol mədəniyyəti olan komanda ilə oynayacağıq. Yaxşı təcrübə olacaq. Qələbə qazanmağa çalışacağıq. Millidə ab-havayla bağlı hər şey qaydasındadı.

Millidə olmağın məsuliyyətini bilirik. Yorğunluğa və çətinliyə baxmayaraq, ikiqat məsuliyyətlə çalışırıq".

Bəhlul "Bayer"lə Avropa Liqasında son dəqiqələrdə qol buraxaraq uğursuzluqla yekunlaşan matçda sonra psixoloji durumla bağlı da hər şeyin qaydasında olduğunu söyləyib:  "Bayer"ə qarşı yaxşı oyunlar keçirdik. Hər kəs razı qaldı. Bu oyunun psixoloji təsiri olmayacaq. 100 milyonluq hücumçu yaxından qol vura bilməyib, təəssüflənmirsə, mən nə üçün təəssüflənim?".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC