“Neftçi” PFK olaraq bildiririk ki, yayılan bu xəbərlər şayiədən ibarətdir, həqiqəti əks etdirmir"

“Neftçi” rəsmi məlumat yayıb.

Presssport.az klubun mətbuat xidmətinə istinadən bunu diqqətinizə çatdırır:

“Son günlərdə mətbuatda mövsümün sonunda “Neftçi”dən ayrılacaq futbolçular barədə xəbərlər yazılır. “Neftçi” PFK olaraq bildiririk ki, yayılan bu xəbərlər şayiədən ibarətdir, həqiqəti əks etdirmir. Hazırda hər hansı bir futbolçumuzun komandanı tərk edəcəyi ilə bağlı qərar qəbul edilməyib. Cari mövsüm yekunlaşdıqdan sonra oyunçuların göstərdiyi performansa əsasən kimin komandada qalıb-qalmayacağı bəlli olacaq. Bir daha xatırladırıq ki, media nümayəndələrinin bu kimi xəbərləri dərc etməmişdən əvvəl “Neftçi” PFK mətbuat xidmətindən klubun rəsmi mövqeyini öyrənməsi xahiş olunur”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC