Ruslar darmadağına sevindi, Lunyova ehtiyac duymadı

“Qarabağ”ın qapıçısı Andrey Lunyovun heyətində yer aldığı Rusiya millisi bu gün yoldaşlıq görüşü keçirib.

Presssport.az xəbər verir ki, şimal qonşularımız Serbiya yığmasıyla qarşılaşıb.

Moskvada “Dinamo” stadionunda keçirilən matç rusların böyükhesablı qələbəsiylə yekunlaşıb - 4:0.

Baş məşqçi Valeri Karpin 2 ildən sonra milliyə qayıdan Lunyova şans verməyi lazım bilməyib. Nəticədə Andrey sonadək ehtiyatda qalıb.

Xatırladaq ki, milliyə ilk dəfə "Qarabağ"ın futbolçusu kimi gedən Andrey 4 gün sonra Paraqvayla Rsusiya paytaxtındakı yoldaşlıq görüşündə çıxış edə bilər. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC