“Qarabağ”la Avropa Liqasında bir qrupda oynamış, sonradan 1/8 finalda da qarşılaşaraq üstələmiş "Bayer"in baş məşqçisi Xabi Alonso üçün Avropanın 3 nəhəng klubu mübarizə aparır.
Presssport.az xəbər verir ki, 43 yaşlı ispaniyalı mütəxəssis "Bavariya", "Liverpul" və "Real" gündəmində yer alır.
Bu barədə Münhen təmsilçisinin fəxri prezidenti Uli Hoeness məlumat verib: "Alonso böyük komandanı çalışdıra biləcəyini sübut etdi. "Bavariya", "Real" kimi "Liverpul" kimi klublar onu komandaya gətirmək üzərində mübarizə aparır".
Alonsonun "Bayer"lə 2026-cı ilin iyununa kimi müqaviləsi var. Onun rəhbərliyi altında Leverkuzen təmsilçisi cari mövsümdə məğlubedilməz olaraq, Bundesliqada ən yaxın izləyicisi "Bavariya"nı 10 xal qabaqlayaraq 1-ci pillədə qərarlaşıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC