Ayxan Abbasov zədəlilərin sıraya qayıtmasını gözləyir: "Onun burnu hələ bir ay gipsdə olacaq"

“Turan Tovuz” Premyer Liqadakı fasilədən istifadə edərək Qəbələdə təlim-məşq toplanışına başlayıb.

Bu haqda Presssport.az-a danışan komandanın baş məşqçisi Ayxan Abbasov Moldova millisinə çağırılan zədəli Denis Marandiçinin düşərgədə qaldığını söyləyib: “O, bu dəqiqə oynayası durumda deyil, hələ məşqlərə yeni başlayıb. Rentgen, MRT müayinələrini göndərmişdik, öz həkimləri də baxmışdı. Onsuz da oynaya bilməyəcək, vəziyyəti moldovalılara başa saldıq. Elə bir təklif də eləmədilər ki, zədəli olsa da gəlsin yığmanın düşərgəsinə. Görək Denis fasilədən sonra ilk turdakı oyunumuzadək tam hazır ola biləcəkmi… Bu toplanış elə ona görə vacibdi ki, Marandiçi, Luis Paçu, Bruno Qonçalves, Ayxan Hüseynovdu sıraya qayıtsınlar. Bir sözlə, zədəlilərimiz çoxdu. Veysəl Rzayevin hələ bir ay burnu gupsdə olacaq. Bu müddətdə dinlənməldi, heç bir məşq edə bilməz. Düşərgədə olmayan digər futbolçularımızdan Roderik Miller Panama millisinə, Fərid Yusifli isə U-21 yığmamıza yollanıb".

Abbasov nəzərdə tutduqları bir yoxlama oyununu - “Qəbələ-2” ilə qarşılaşmanı toplanışa yekun vuracaqları martın 25-də keçirib, bundan sonra Bakıya üz tutacalqarını vurğulayıb. 

Onu da bildirək ki, "Turan Tovuz" “Qəbələ” otelində məskunlaşıb. Orda adətən qalan “Qəbələ” isə fasilədə paytaxtda hazırlıq keçir.

Xatırladaq ki, Ayxan Abbasovun komandası IV dövrənin ilk turunda martın 30-da “Səbail”in qonağı olaca.q 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC