"Qarabağ"ın qapıçısı ehtiyatda qaldığı matçı dəyərləndirdi: "Müasir futbol oynadıq..."

Rusiya millisinin qapıçısı Andrey Lunyov Serbiya yığması üzərində 4:0 hesabıyla qalib gəldikləri yoldaşlıq görüşü haqda fikrilərini bölüşüb.

Presssport.az xəbər verir ki, Moskvadakı matçı sonadək ehtiyatdan izləyən təcrübəli qolkiper həm oyundan, həm də nəticədən razı qalıb: “Əlbəttə, müsbət dəyərləndirəcəm. Əla nəticə və yaxşı oyun idi. Çalışdıq və müasir futbol oynadıq: yüksək pressinq, pressinqdən çıxmaq. Bir tərəfdən qırmızı vərəqənin bu qədər erkən olması təəssüf doğurur, amma digər tərəfdən də bu, futboldu".

Rus həmkarlarımız 2 illik fasilədən sonra milliyə dönən Andreydən növbəti matçda oynayıb-oynamayacağı haqda da soruşublar: "Paraqvayla oyunda meydana çıxacağımmı? Buna ümid edirəm. Baxaq, istənilən halda qərarı məşqçilər korpusu verəcək. Hələ də aydın deyil”.

Xatırladaq ki, şimaln qonşularımız Paraqvayla da “Dinamo” stadionunda qarşılaşacaq. Bu görüş isə martın 25-də olacaq. 

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC