Göygöl Olimpiya İdman Kompleksində həndbol üzrə 2008-ci il təvəllüdlü və ondan kiçik yaşlı yeniyetmə oğlanlar arasında Azərbaycan birinciliyinin zona yarışlarına start verilib.
PGənclər və İdman Nazirliyinin, Azərbaycan Həndbol Federasiyasının təşkilatçılığı ilə təşkil olunan turnirin ilk günündə 4 oyun keçirilib.
Gəncəni 11:10 hesabıyla məğlub edən yerli Göygöl komandası ikinci matçında Qazaxa 8:15 hesabı ilə uduzub.
Mingəçevir isə hər iki qarşılaşmasında qalib gəlib - Qazaxa 23:16, Gəncəyə 17:6.
Bu gün növbəti görüşlər keçiriləcək. Qalib komandalar iyunda Bakıda təşkil olunacaq Azərbaycan birinciliyinin final mərhələsində iştirak etmək hüququ qazanacaqlar.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC