Bolqarların Cəlal Hüseynovla bağlı kəşfiyyat planı baş tutmayıb

"Bolqarıstan millisinin Bakıya gələn heyətində komanda yoldaşım Stanislav İvanov da var. Onunla da qarşıdakı bu matç haqda söhbət etmişik. Yaxşı mübarizə olacağını demişdim".

Bu fikirləri Presssport.az-a açıqlamasında Bolqarıstanın "Arda" klubunun üzvü olan millimizin futbolçusu Cəlal Hüseynov deyib.

Məlumdu ki, Cəlal bu mövsümdən karyerasında ilk dəfə legioner həyatı yaşayır və onun çıxış etdiyi ölkənin yığması Bakıya gələrək “FIFA series – Edition 2024” layihəsi çərçivəsində milli komandamızla da görüşəcək. Amma Hüseynov U-21 yığmamızın rəsmi matçlarına çağırıldığından bolqarlara qarşı oynaya bilməyəcək. Maraqlıdı, gənc futbolçu buna görə təəssüflənirmi? “Deyim elə arzulayırdım ki, məhz Bolqarıstana qarşı oynayım - yox. Açığı, rəqibin çox da fərqi yoxdu. Amma oynadığın ölkənin milli komandasına qarşı oynamaq həqiqətən yaxşı olardı”.

Bolqarların Cəlaldan millimiz haqda detallı məlumat alıb-almamaları da maraq doğurur: “Köməkçi məqşçimiz var, millidə də həmin vəzifədə çalışır. Onunla tez-tez danışırdıq - həm paytaxtımız Bakı haqda, həm də elə gətirdi ki, “Qarabağ”ın üst-üstə tarix qələbələri onlarda bizim haqda daha maraq yaratdı. Tez-tez soruşurdular futbolumuz barəsində - həm ”Qarabağ" haqda danışırdıq, həm də millimizin son oyunları haqda. Bəzən futbolçuları da bizim yığma haqda xəbər alırlar. Amma əlbəttə ki, onlara heç bir şey demərəm (gülür). Köməkçi məşqçimiz analitik üzrə mütəxəssisdi. Məndən bəzi milli futbolçularımız haqda detallı soruşanda, ona da bir şey demirəm. Amma əlbəttə ki, Azərbaycan - Bolqarıstan matçı maraqlıdı. Hamı bu oyuna hazırlaşır".

Xatırladaq ki, millimiz bolqarlarla martın 25-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşacaq. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC