Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində cari ildə ilk matçını keçirib
Presssport.az xəbər verir ki, Samir Əliyevin yetirmələri qrupda 2-ci yerdə gedən İngiltərənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
“Qarabağ”ın Suraxadakı stadionundakı matç ingilislərin darmadağını ilə yekunlaşıb. Sonradan meydana çıxaraq fərqlənən cinah yarımmüdafiəçimiz Ramin Nəsirli isə yığma səviyyəsində İngiltərəyə qol vuran ilk futbolçumuz kimi tarixə düşdü.
Xatırladaq ki, 21 yaşlılarımızın növbəti qarşılaşması martın 26-da həmin arenada həmin saatda qrup lideri Ukraynadan olan həmyaşıdlarıyla olacaq.
22 mart (cümə)
16:00. Azərbaycan (U-21) – İngiltərə (U-21) - 1:5
Qollar: Ramin Nəsirli, 86 - Harvey Elliott, 25, 67, Noni Modueke, 29, Teylor Bellis, 53, Arcey Qrey, 88
Baş hakim: Antoni Bandiç
Baş hakimin köməkçiləri: Amer Maciç, Boris Dujmoviç
Dördüncü hakim: Mateo Musa (hamısı Bosniya və Herseqovina)
Bakı. “Azərsun Arena” stadionu
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC