Millimiz monqolları çətinliklə məğlub etdi - YENİLƏNİB

Bu gün Azərbaycan milli komandası “FIFA series – Edition 2024” layihəsi çərçivəsində ilk oyununu keçirib. 

Presssport.az xəbər verir ki, millimiz məşqçisi Arif Əsədovun rəhbərliyi altında Tofiq Bəhramov adına Respublika stadionunda Monqolustan yığması ilə görüşə çıxıb  

“CBC Sport”la canlı yayımlanan matçda millimiz mərkəz müdafiəçisi Bəhlul Mustafazadənin uzatma dəqiqələrində başla vurduğu qolla məğlub edə bilib.

Xatırladaq ki, əsas yığmamız turnirdə ikinci və son matçını martın 25-də həmin arenada, həmin saatda Bolqarıstan yığmasıyla keçirəcək. 

22 mart (cümə)

20:00. Azərbaycan – Monqolustan - 1:0

Qol: B.Mustafazadə, 90+1
Baş hakim: Zorbay Küçük
Baş hakimin köməkçiləri: Mehmet Emin Tuqral, İbrahim Çağlar Uyarcan (hamısı Türkiyə)
Dördüncü hakim: Fəridə Lütfəliyeva (Azərbaycan)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

QOL.az xəbər verir ki, komandalar saat 20:00-da başlayacaq matça aşağıdakı tərkibdə çıxacaqlar:

 

Azərbaycan: 12. Rza Cəfərov, , 4.Bəhlul Mustafazadə, 15. Bədavi Hüseynov, 3. Elvin Cəfərquliyev, 2. Amin Seydiyev, 7.Coşqun Diniyev, 8.Emin Mahmudov 19. Filip Ozobiç,10. Ozan Can Kökçü, 11. Ramil Şeydayev, 9, Renat Dadaşov

Ehtiyat oyunçular: 1.Şahruddin Məhəmmədəliyev, 23. Səlahət Ağayev, 5.Bəxtiyar Həsənalızadə, 6. Emil Mustafayev, 13. Rahil Məmmədov, 14. Eddi İsrafilov, 16. Elvin Camalov, 17. Toral Bayramov, 18. Ceyhun Nuriyev, 20. Vüsal İsgəndərli, 21. Qismət Alıyev, 22. Musa Qurbanlı

Monqolustan: 1. Munkerdene, 17. Amaraa, 6. Amgalanbat, 2. Bat-erdene, 8.Batmunh, 5.Chinzoriq, 4. Qreyt-old, 9.Oyunbaatar, 3.Purevdorj, 18. Uganbayar

Baş məşqçi: Arif Əsədov 

Ehtiyat oyunçular: 13. Xanda Tsenquun, 22. Ariunbold Batsaikan, 7. Temulen Uuqanbat, 10. Qan-Erden Erdenebat, 11. Munk-Erden Batkyaq, 14. Munkbaatar Toqoo, 15. Kaşçuluun Naranbataar, 16. Temuulen Zayat, 19. Namsray Baatarsoqt, 20. Qantoqtok Qantuya, 21. Tsoqtbatar Batbayar, 23. Tuquldur Qantoqtok

Baş məşqçi: İçiro Otsuka

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC