Azərbaycan milli komandasının qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi “Adana Dəmirspor” klubu FİFA tərəfindən sanksiyalara məruz qalıb.
Presssport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, maliyyə qaydalarını pozduğuna görə Adana təmsilçisi FİFA tərəfindən cəzalandırılıb.
Belə ki, Şahruddinin şərəfini qoruduğu klub üç “transfer pəncərəsi” dövründə heyətinə futbolçu qata bilməyəcək.
Xatırladaq ki, 30 yaşlı Məhəmmədəliyev 2023-cü il sentyabrın 8-də "Qarabağ"dan "Adana Demirspor"a keçib. Onun Superliqa klubu iləmüqaviləsi 2025-ci il iyunun 30-na qədərdi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC