İngiltərənin U-21 milli komandası AVRO-2025-in seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasını 5:1 hesabı ilə məğlub edib.
Rəqibin baş məşqçisi Li Karsli Bakıdakı qarşılaşmadan sonra Presssport.az-ın əməkdaşının da iştirak etdiyi brifinqə oyun haqda fikirlərini bölüşməklə başlayıb.
- Oyundan əvvəl bilirdik ki, bizim üçün çətin sınaq olacaq. Rəqibin oyunlarını izləmişdik. Azərbaycan millisinə hörmətlə yanaşırdıq. Rəqibi məğlub etmək üçün yaxşı səviyyədə oynamalı idik. Yaxşı çıxış etdik. Azərbaycan millisinə qarşı İngiltərədə oynamağı səbirsizliklə gözləyirik.
- Demək olar ki, sizin üçün asan oyun keçdi?
- Xeyr, elə hiss etmədik. Azərbaycan millisinin yaxşı fürsətləri oldu. Əsasən də əks-hücumlarda və standart vəziyyətlərdə. Nəticədən razı qaldım.
- Azərbaycan millisi sizə hansı çətinliklər yaratdı?
- Əsasən onları əks-hücumda gözləyirdik. Oyunun əvvəlində yaxşı qol fürsətləri oldu. Həmin epizodda yaxşı müdafiə olunduq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC