Bu gün “Neftçi” və “Spartak” (Moskva) arasında keçiriləcək yoldaşlıq görüşündən əvvəl Rusiya paytaxında törədilmiş terror qurbanlarının xatirəsi anılacaq.
Presssport.az xəbər verir ki, bu haqda “Neftçi”dən “Matç TV”yə məlumat verilib.
Bildirilir ki, klub tərəfindən oyunun 1 dəqiqəlik sükutla başlaması üçün müəyyən addım atılması nəzərdə tutulur. “Neftçi” hadisəni böyük faciə adlandırıb.
“Neftçi Arena”da keçiriləcək qarşılaşma saat 18:00-da başlayacaq.
Onu da bildirək ki, dünən Moskvadakı “Krokus Siti Holl”da terror aktı törədilib. Son məlumata görə, ölənlərin sayı 82-ə çatıb, 100-dən çox yaralı var.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC