Azərbaycan milli komandası "FIFA series - Edition 2024" layihəsi çərçivəsində Monqolustan yığmasını 1:0 hesabı ilə məğlub edib.
Presssport.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Vüsal İsgəndərli matçdan sonra sualları cavablandıraraq öncə çətin qələbə haqda danışıb.
- Düzdür, favorit göstərilirdik. Hər rəqibə hörmətimiz var. Ağır oyun oldu. Rəqib üstümüzə az gəlirdi, ancaq müdafiə olunurdular. Qələbə qazandığımız üçün çox xoşbəxtik. Azarkeşlərimizə təşəkkür edirəm.
- Rəqibə yuxarıdan aşağı baxırdınız sanki. Necə düşünürsən?
- Qətiyyən elə deyildi. Elə komandayıq ki, hər kəsə qarşı ciddi hazırlaşmalıyıq. Bütün oyunlara qələbə üçün çıxırıq. Heç bir rəqibə yuxarıdan aşağı baxmaq düşüncəsi yoxdu. Baş məşqçimiz bizi oyuna yaxşı kökləmişdi. Qol vəziyyətlərindən yararlana bilmədik.
- Bolqarıstanla oyun daha çətin olacaq?
- Əlbəttə, daha çətin olacaq.
- Öz performansını necə dəyərləndirirsən?
- İki perioda ayırardım - "Eqnatia" və "Boluspor". Bəlkə də bəzilərinə görə Türkiyə karyeram bir az yaxşı deyil. Albaniyada qollarım, assistlərim çox idi. "Boluspor"da tam fərqli sistemdə oynayırıq. İnanıram ki, orda da qollarım olacaq. Komanda ilə Super Liqaya yüksəlmək üçün pley-off uğrunda mübarizə aparırıq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC