Moskva “Spartak”ı 36 illik fasilədən sonra Bakıda oyuna çıxacaq.
Presssport.az xəbər verir ki, bu, “Neftçi”ylə “Neftçi Arena”da yoldaşlıq görüşü olacaq.
Rusiya klubu onda da paytaxtımıza “ağ-qaralar”la oyun üçün gəlmişdi. Bu, SSRİ Federasiya Kubokunun yarımfinal matçı idi.
1998-ci ilin oktyabrın 16-da o vaxt Vladimir Lenin adlanan, hazırkı Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən, Voljski şəhərindən olan Voldemar Medvetskinin idarə etdiyi, 12250 tamaşaçının izlədiyi matç “Neftçi”nin 2:1 hesablı qələbəsiylə yekunlaşıb. Bakılılar hər 2 qolu fasiləyədək vurub. Belə ki, hücumçu Nazim Süleymanov 9-cu dəqiqədə hesabı açıb, Yunis Hüseynov 34-cü dəqiqədə fərqi artırıb. Kostantin Beskovun baş məşqçisi olduğu moskvalılar 68-ci dəqiqədə hücumçu Fyodr Çerenkovun qoluyla hesab arasındakı fərqi minimuma endirsə də, bundan artığına gücü çatmayıb.
Beləliklə, o vaxt Yuri Kuznetstovun baş məşqçisi olduğu "Neftçi" bu qələbə sayəsində həmin turnirin finalına çıxıb və Kişinyovda keçirilən həlledici matçda “Kayrat”a 1:4 hesabıyla uduzaraq titul qazanmaq şansını əldən verib.
Ümumiyyətlə, “Neftçi”ylə "Spartak" bütün turnirləri nəzərə alsaq, 59 dəfə görüşüb. Göründüyü kimi, bugünkü matç yubiley - 60-cı olacaq. Ən çox oyunlar təbii ki, SSRİ çempionatında olub- 50. Paytaxt təmsilçiləri SSRİ Kubokunda və "Birlik kuboku"nda hər birində 3 dəfə qarşılaşıb. İki matç müstəqillik dövründə yoldaşlıq görüşü və nəhayət, 1-i dediyimiz Federasiya Kubokudu.
Oyunların balansına nəzər salsaq, “Neftçi”nin 14, “Spartak”ın 33 qələbəsi var, 12 matç heç-heçə yekunlaşıb. Topların fərqi 106-52 moskvalıların xeyrinədi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC