Millimiz üçün Bel

21 yaşadək futbolçular arasında AVRO-2025-in seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Ukrayna matçının hakim təyinatları açıqlanıb.

Presssport.az xəbər verir ki, UEFA qarşılaşmanı Xorvatiyadan olan hakimlər briqadasına etibar edib. 

Matçın baş hakimi Dario Bel olacaq. Ona yan xətt hakimləri olan həmyerliləri Qoran Pataki və İvan Yaniç kömək edəcək. Dördüncü hakim funksiyasını isə Zdenko Lovriç yerinə yetirəcək.

Qeyd edək ki, Azərbaycan - Ukrayna görüşü 26 mart tarixində saat 16:00-da "Azersun Arena"da baş tutacaq.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC