AFFA-nın yeni prezidentinin adına aydınlıq gəlib.
Presssport.az əbər verir ki, bu vəzifəyə SOCAR prezidenti, “Neftçi”nin Müşahidə Şurasının sədri Rövşən Nəcəf gətirilir.
AFFA-nın bu gün rəsmi şəkildə açıqladığı siyahıda adıçəkilən şəxs qurumun rəhbəri vəzifəsinə yeganə namizəd olduğu göstərilib.
Beləliklə, Nəcəf AFFA-nın 32 illik tarixinin 4-cü prezidenti olacaq. AFFA-nın əvvəlki prezidenləri Fuad Musayev və Ramiz Mirzəyev olub. 2008-ci ildən bugünə qədər isə AFFA rəhbəri Rövnəq Abdullayevdi ki, İK-nın son iclasında budəfəki seçkidə namizəd olmayacağını açıqlayıb.
Maraqlıdı ki, Abdullayev, habelə mərhum Mirzəyev AFFA-ya məhz “Neftçi”nin prezidenti olandan sonra gəliblər.
Xatırladaq ki, AFFA-nın Hesabat-Seçki Konfransı aprelin 2-də keçiriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC