Aprelin 2-də AFFA-nın Hesabat-Seçki Konfransı keçiriləcək.
Presssport.az xəbər verir ki, seçkidə AFFA-ya yeni prezident və qurumun İcraiyyə Komitəsinə (İK) üzvlər seçiləcək.
Hazırkı İK üzvlərindən yalnız Elşad Nəsirov, Zaur Axundov, Könül Mehdiyeva və Fərid Mansurov komitədə qalır. Digər 9 üzv - Rövnəq Abdullayev, Elxan Məmmədov, İsgəndər Cavadov, Kazbek Tuayev, Rauf Əliyev, Vaqif Sadıqov, Firudin Qurbanov, Mahir Məmmədov və Elmar Məmmədyarov yeni komitədə yer almayacaqlar.
Rəsmi açıqlanan siyahıya əsasən, İK-yə namizəd göstərilən 13 nəfərdən 9 nəfər komitəyə yeni üzv seçiləcək. Onlardan yalnız “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov vaxtilə - 2018-ci ildə millinin baş məşqçisi təyin olunanda bu quruma üzv seçilmiş, həmin postdan gedəndən sonra İK-dan da öz istəyilə ayrılmışdı. AFFA-nın baş katibi Sərxan Hacıyev isə ilk dəfə İK üzvü olacaq. Belə ki, bu postun sahibi adətən İK üzvü olmur.
Digər yeni üzvlər aşağıdakılardı:
Rövşən Nəcəf - "Neftçi" PFK tərəfindən
Səməd Qurbanov – "Neftçi" PFK tərəfindən
Xəyal Cəfərov – "Sumqayıt" FK tərəfindən
Maqsud Adıgözəlov – "Sabah" FK tərəfindən
Balakişi Qasımov – Şimal Regional Futbol Federasiyası İctimai Birliyi tərəfindən
Ülvi Mansurov – Azərbaycan Futzal Federasiyası tərəfindən
Leyla Xəlilova – Azərbaycan Tələbə Futbol Federasiyası tərəfindən
Xatırladaq ki, AFFA-nın bu gün açıqladığı siyahıda SOCAR-ın prezidenti, “Neftçi”nin Müşahidə Şurasının sədri Rövşən Nəcəfin qurumun rəhbəri vəzifəsinə yeganə namizəd olduğu qeyd edilib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC