Təbriz Həsənov: “Monqolustanla görüş futbolçular və məşqçilər üçün dərs olacaq”

“İlk dəfə belə zəif rəqibə qarşı oynadıq. Onlar millimizə böyük hesabla uduzmamaq üçün meydana çıxmışdılar”.

Presssport.az xəbər verir ki, bunu Azərbaycan millisinin sabiq futbolçusu Təbriz Həsənov deyib.

57 yaşlı mütəxəssis Azərbaycanın “FİFA series – Edition 2024”də Monqolustana 1:0 hesabı ilə qalib gəldiyi oyunu dəyərləndirib. Veteran futbolçunun sözlərinə görə, oyun millimiz üçün sıradan bir məşq olub: “Qarşılaşmanın mahiyyəti onu göstərir. Müdafiəyə oturmuş komandaya qarşı hücumların qurulması sanki bir məşq idi. Buna oyun deyə bilmirəm. Qol epizodları çox oldu. Hesab böyük olmalıydı. Bir az bəxtsizliyi də qeyd edərdim. Ramil Şeydayev, Vüsal İsgəndərli, Renat Dadaşov çoxdandır fərqlənmədikləri üçün qol epizodlarından yararlana bilmədilər. Dəqiq zərbə ilə bağlı problemimiz var. Çoxsaylı qol epizodu yaradıb, ondan istifadə etməmək futbolçular və məşqçilər üçün dərs olacaq”.

Həsənov bildirib ki, Avropada heç kim bizə qarşı belə oynamayacaq: “Millimizə qarşı sırf müdafiədə oturan komanda olmayacaq. Onun üçün də bu matçın faydası haqqında heç nə deyə bilmərəm. Futbolçulara da qiymət vermək çətindir. Bolqarıstanla görüşdən sonra onları dəyərləndirmək olar. Xoşagələn odur ki, gənc qapıçımız Rza Cəfərov, Ukraynadan gələn Emil Mustafayev oynadı və pis təsir bağışlamadı”.
Qeyd edək ki, millimiz növbəti oyunu martın 25-də Bolqarıstana qarşı keçirəcək (idman.biz).


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC