Azərbaycan millisinin heyətində Monqolustan yığmasıyla Bakıdakı matça 2 futbolçu debüt edib.
Presssport.az xəbər verir ki, bunlar “Neftçi”nin qapıçısı Rza Cəfərovla Ukraynanın “Polesye” klubunun yarımmüdafiəçisi Emil Mustafayevdi.
Onlar yığmada ilk matçlarına Tofiq Bəhramov adına Respublika stadionunda çıxıblar.
Rza start heyətdə yer alıbsa, Emil matçın 60-cı dəqiqəsində Filip Ozobiçi əvəzləyib.
Cəfərov millimizin 32 illik tarixinə 267-ci, Mustafayev 268-ci futbolçu kimi düşüb.
Bu, əsas yığmamızın 296-cı matçında baş verib.
Xatırladaq ki, millimiz "FIFA series – Edition 2024” layihəsi çərçivəsində ilk oyunda monqolları 90+1-ci dəqiqədə müdafiəçisi Bəhlul Mustafazadənin vurduğu qol sayəsində 1:0 məğlub edib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC