Bojoviç başsağlığı verdi: "Bu, çox dəhşətli faciədi"

“Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç Moskva vilayətində “Crocus City Hall”da baş vermiş terror aktı nəticəsində həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verib.

Presssport.az xəbər verir ki, məşqçilik karyerasının 20 ilə yaxın dövrü məhz Rusiyaya bağlı olan 56 yaşlı monteneqrolu mütəəxssis hadisənin ertəsi səhər saatlarında bu dəhşətli xəbəri aldığını söyləyib: “İlk öncə həmin gün həlak olanların bütün doğmalarına və yaxınlarına başsağlığı vermək istəyirəm. Bu, çox dəhşətli faciədi. Belə deyim:  “Spartak”ın bizə gələcəyinə, bu yoldaşlıq oyununu keçirəcəyimizə sevindik. Ancaq indi yalnız kədər, çox kədərli bir hiss qalıb”.

Xatırladaq ki,  martın 22-si axşam saatlarında naməlum şəxslər “Crocus City Hall”a daxil olaraq atəş açıblar. Nəticədə ölənlərin sayı 100-ü keçib. Həmin vaxt “Neftçi”ylə oyun üçün Bakıda olan "Spartak"ın xahişiylə dünən keçirilməli olan matç ləğv olundu.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC