Bədavi Hüseynov: "Millimiz oyun ritmini itirib"

“Oyuna pis başlamamışdıq. Rəqib isə bütün komanda ilə yaxşı müdafiə olunurdu. Buna görə qol vurmaq bir qədər çətinləşirdi”.

Presssport.az xəbər verir ki, bu sözləri milli komandamızın müdafiəçisi Bədavi Hüseynov “FİFA series - Edition 2024” layihəsi çərçivəsində Monqolustan üzərində qazanılan 1:0 hesablı qələbəni şərh edərkən deyib.

O, qələbə qolunu vurmalarını müsbət hal kimi dəyərləndirib: “İlk hissədə xeyli qol şansımız olsa da, dəyərləndirə bilmədik. Yekunda rəqibi tamamilə qapısına doğru sıxışdırmışdıq. Yaxşı ki qələbə qolunu vura bildik. Qalib gəldiyimiz üçün sevinirəm. Bu qol yaxşı əhval-ruhiyyə ilə Bolqarıstanla görüşə hazırlaşmağa imkan yaratdı”.

33 yaşlı futbolçu bildirib ki, milli oyun ritmini itirib: “Hesabı daha tez açmaq üçün bir qədər dəqiqlik çatışmadı. Həm də neçə vaxtdır birgə oynamırdıq. Hiss olunur ki, oyun ritmini itirmişik. Çalışmalıyıq ki, növbəti matçlarda yaxaladığımız epizodları daha yaxşı reallaşdıraq”.

B.Hüseynov hazırda milliyə rəhbərlik edən Arif Əsədov barədə də danışıb: “Arif Əsədovu yaxşı tanıyırıq. O da bizim hansı keyfiyyətlərə sahib olduğumuzu bilir. Ümumi götürdükdə, millidə ciddi dəyişiklik yoxdur. Əsədov müəyyən korrektələr edib. O, bizdən hücum futbolu tələb edir. Bu isə bəzən alınır, bəzən yox. Üzərində işləməli olduğumuz məqamlar var”.

B.Hüseynov sabah Bolqarıstana qarşı keçiriləcək matçdan da söz açıb: “Bolqarıstan daha çiddi rəqibdir. Hücum futbolu oynamağa çalışacağıq. Hazırlıq baxımından bizim üçün yaxşı matçdır. Bu qarşılaşma gələcək üçün faydalı olacaq” (qol.az).

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC