"Azart" "Yuventus"a rəqib oldu

“Azart” Futbol Klubu İtaliyaya səfərə hazırlaşır. 

Bu haqda Presssport.az-a danışan klubun rəhbəri Səxavət Ağazadə martın 28-də bu ölkənin Revona şəhərinə beynəlxalq turnirdə ölkəmizi təmsil etmək üçün yollanacaqlarını söyləyib: “Artıq turnirin püşkatması da keçirilib və rəqiblərimiz bəlli oldu. Onlar arasında ən tanınmışı sözsüz ki, məşhur ”Yuventus"du. Digərləri də İtaliya təmsilçiləridi. Qrupda belə rəqiblərin olmasına baxmayaraq, iddialıyıq. Komandama çox inanıram. Turnirdən nəticəylə qayıdacağımıza inamım böyükdü. Düşünürəm ki, belə rəqiblərə qarşı oynamaq uşaqlarda böyük təcrübə olacaq. Onların bu yaşda “Yuventus”, PSJ, "Atletiko" kimi rəqibləri görmələri özlərinə bir stimul olacaq. Onu da qeyd etmək istərdim ki, "Azart" Futbol Klubu Azərbaycan çempionatında çıxış edir və yaxşı nəticələri var". 

Onu da bildirək ki, "Azart" aprelin 2-dək davam edəcək turnirə 2013/14-cü il təvəllüdlülərdən ibarət 9 nəfərlik heyətlə yollanır. Komandalar 7*7-yə oynayacaqlar. Turnirin iştirakçıları arasında ABŞ-dan, Yaponiya təmsiçiləri də var.  

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC