Adı Azərbaycan millisi ilə hallanan türkiyəli mütəxəssis Rza Çalımbay növbəti dəfə açıqlama verib.
Presssport.az xəbər verir ki, yerli KİV-ə danışan təcrübəli məşqçi hələ AFFA-dan təklif almadığını deyib:
“Azərbaycana məni təklif ediblər, ”danışarıq" dedim. Orada federasiyada prezident seçkiləri olacaq. Ona görə hələ AFFA nümayəndələri ilə görüşməmişik".
Çalımbay son olaraq "Beşiktaş"a rəhbərlik edib. O, eyni zamanda 2021/22 mövsümündə “Sivasspor”la Türkiyə kubokunu qazanıb.
Xatırladaq ki, AFFA-ya yeni prezident aprelin 2-də seçiləcək və bu, SOCAR-ın, "Neftçi"nin rəhbəri Rövşən Nəcəf olacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC