Azərbaycan millisində daha bir futbolçu qol hesabını açıb.
Presssport.az xəbər verir ki, "Qarabağ"ən müdafiəçisi Bəhlul Mustafazadə əsas yığmada ilk qolunu “FIFA series – Edition 2024” layihəsi çərçivəsində Monqolustan yığmasıyla Tofiq Bəhramov adına Respublika stadionundakı matçda vurub.
27 yaşlı stopper 90+1-ci dəqiqədə başla fərqlənərək millimizə qələbə qazandrırıb - 1:0.
Bəhlul ilk qolunu 28-ci matçında vurmağa müvəffəq olub. O, millimizdə qol sevinci yaşayan 74-cü futbolçu kimi düşüb. Bunadək 295 matçda 73 oyunçumuz rəqib qapısına yol tapmışdı. Millimizin 5 qolu isə avtoqollarla - rəqib futbolçular öz qapısına vurmaqla reallaşıb.
Bəhlulun cəzalandırdığı monqollar da Azərbaycan yığmasının tarixinə ilklə düşüb. Belə ki, bu, 32 ildə qarşılaşdığımız 71-ci rəqib olub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC