18-ci debütant, 3-cü uğurlu start götürən

Arif Əsədov Azərbaycan millisinin baş məşqçisi postunda debüt edib.

Presssport.az xəbər verir ki, bu vəzifəni müvəqqəti icra edən 54 yaşlı mütəxəssis əsas yığmamızı Monqolustan millisiylə Tofiq Bəhramov adına Respublika stadionunda matça çıxarmaqla, 32 illik tarixinə 18-ci məşqçi kimi düşüb.

İndiyədək millimizi 17 mütəxəssis oyuna çıxarıb. Onlardan 2-si – Nazim Süleymanovla Mahmud Qurbanov da Əsədov kimi millidə məşqçi olaraq baş məşqçisiz qalan komandaya müvəqqəti rəhbərlik edib. Onların aktivində hərəyə 1 oyun var və 0:1 hesablı məğlubiyyət alıblar.  

Makedoniyalı Qyoko Hacıyevski də qısa müddət bu vəzifədə olub. Sadəcə, onda 2 matç olub və da məğlubiyyət acısı dadıb - 1:2 və 0:1. 

Bir görüşdə isə Kazbek Tuayev, Ağasəlim Mircavadov və Böyükağa Ağayevin rəhbərlik etdiyi Məşqçilər Şurası bu vəzifəni icra edib. Bu, çox uğursuz nəticəylə yekunlaşıb - Maltaya 0:5. 

17 mütəxəssisdən 11-i yerli, 6-sı legioner olub. Göründüyü kimi, Əsədov 12-ci yerli məşqçi kimi tarixə düşüb.

Məlumdu ki, millimiz monqolları 1:0 hesabıyla məğlub edib. Əsədov kimi debütdə yalnız 2 məşqçi qələbəylə başlayıb. Bunlardan ilk buna nail olan mərhum Ələkbər Məmmədov ümumiyyətlə, məğlubedilməzdi. Belə ki, o, yığmanı çıxardığı 4 oyundan 3-də qələbə qazanıb, 1-də heç-heçə edib. Xorvatiyalı Robert Prosineçki isə debütündə Maltanı “Tofiq Bəhramov”da 2:0 hesabıyla məğlub edib. Amma o, ardıcıl 2-ci qələbəni qazana bilməyib. Məmmədov isə ilk 3 matçda qələbələri sıralayıb. 

Xatırladaq ki, Əsədov 2019-cu ilin əvvəlindən, hələ xorvatiyalı Nikola Yurçeviçin baş məşqçisi vaxtından məşqçi işləyən millidə futbolçu kimi 43 oyun keçirib. O, bu axşam Bolqarıstanla Respublika stadionundakı matçda yığmanın “sükanı arxası”nda olacaq. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC