Azərbaycan millisi "FIFA series-Edition 2024" turnirinin ikinci oyununda Bolqarıstanla heç-heçə edib - 1:1.
Presssport.az xəbər verir ki, görüşdə millinin yeganə qolunu vuran Musa Qurbanlı "CBC Sport"a açıqlamasında qələbəyə layiq olduqlarını deyib:
"Komandamız adına çox yaxşı oyun keçdi. Düşünürəm ki, oyunumuz yaxşı alındı, qələbəyə layiq idik. Qolu da gözlənilməz buraxdıq. Top rəqibdən çıxsa da, hakim künc zərbəsi təyin etdi. Sonra diqqətsizlikdən qol buraxdıq".
Qurbanlı millinin hücum xəttindəki problemlərindən də söz açıb:
“Çox qol vurub, qələbə qazanmaq istəyirik. Lakin günahı kiminsə üstünə atmaq düzgün deyil. Hamımız əlimizdən gələni etməyə çalışırıq. Düzəlmək üçün daha çox birlikdə oynamaq lazımdı. Eyni zamanda klublarda da çox şans qazanmalıyıq. Hücumda olan futbolçular klublarında çox oynamır və bu, mənfi təsir edir. Məşqlərlə bunları kompensasiya etmək istəyirik. Problemlər ola bilər”.
Musa turnirdə start matçını da yada salıb: “Monqolustanla oyunda da rəqib müdafiəyə ”oturmuşdu". Bəzən oyunlar ağır alınır, bəzənsə də rahat. Monqolustanın müdafiədə qalması bizə çətinlik yaratdı. Buna baxmayaraq, hamımız məsuliyyəti dərk edir və əlimizdən gələni etməyə çalışırıq".
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC