Milli komandamızı yarımmüdafiəçisi Filip Ozobiç “FİFA series” mini-turnirinin Bakıda Bolqarıstan yığmasına qarşı keçirilmiş görüşdən danışıb.
Presssport.az xəbər verir ki, milliləşdirilmiş xorvatiyalı futbolçu həmin görüşdəki bərabərliyə (1:1) görə üzülür: "Düşünürəm ki, yaxşı oyun nümayiş etdirdik. Hətta Bolqarıstandan da yaxşı futbol oynadığımızı deyə bilərəm. Daha çox qol vəziyyəti yaratdıq. Ancaq yalnız hesabı bərabərləşdirə bildik. Qələbəyə layiq idik. Hakimliklə bağlı heç nə demək istəməzdim. Ümumilikdə, iki yaxşı oyun keçirdik. Heyf ki, Bolqarıstanı məğlub edə bilmədik. Yeganə peşmanlığım budur. Əks halda, hər şey qaydasında idi".
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC