Moskva "Dinamo”sunun sabiq futbolçusu Vladimir Qranat rusiyalı mütəxəssis Stanislav Çerçesovun Azərbaycan milli komandasının baş məşqçi postuna namizəd olması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Presssport.az xəbər verir ki, Qranat “Dinamo”da baş məşqçisi olmuş 60 yaşlı Çerçesovun milli komandamız üçün yaxşı seçim ola biləcəyini deyib:
“Qərarı vermək Stanislav Salamoviçdən asılıdı. Amma ona güvənmək istəyən milli komanda üçün bu, çox yaxşı variantdı. Düşünmürəm ki, Çerçesov xaricdə daha yaxşı işləyir. Aydındır ki, Rusiyada məşqçi kimi qızıl medallar qazanmasa da, uğurlu dövrləri olub. Azərbaycan millisi Çerçesovun təyinatı ilə mütləq yaxşılaşacaq”.
Çerçesov indiyədəj “Spartak” (Moskva), “Jemçujina”, “Terek” (indiki “Axmat”), “Amkar”, “Dinamo” (Moskva), “Legiya” (Polşa) “Ferentsvaroş”u (Macarıstan) çalışdırıb. O, həmçinin 2016-21-ci illərdə Rusiya millisinə rəhbərlik edib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC