Lunyov Rusiyaya qayıtmaq ehtimalından söz açıb: "Uşağımın gələcəyini və məktəbi düşünməliyik"

"Qarabağ"ın qapıçısı Andrey Lunyov Rusiya Premyer Liqasına qayıtmaq ehtimalından danışıb.

Presssport.az xəbər verir ki, 32 yaşlı qolkiper bu barədə öz ölkəsinin mətbuatına danışaraq dönüşü üçün bir çox nüansa baxmalı olduqlarını vurğulayıb: "Müəyyən kriteriyalarım var. Həyat yoldaşımla birlikdə təhlil edəcəyik, müsbət və mənfi tərəfləri görəcəyik. Çünki uşaq böyüyür və yetkinləşir. Onun gələcəyini və məktəbi düşünməliyik. Harda məskunlaşacağımız, ailə yuvamızın harda olması barədə qərar verəcəyik".

Lunyovun fikrincə, növbəti müqaviləsinin müddətinə də baxmaq lazımdı: “ Artıq yaşın 32-33 olduğunu başa düşmək gərəkdi. Amma hisslərimdən, səhhətimdən anlayıram ki, 2-5 mövsüm yaxşı səviyyədə oynaya bilərəm”.

Xatırladaq ki, Lunyov 2023-cü ilin avqustunda "Qarabağ"la “1+1 il” şərtiylə müqavilə imzalayıb. O, son olaraq Vətənində 2017-21-ci illərdə “Zenit”də çıxış edib və bundan sonra 2 mövsüm "Bayer"in futbolçusu olub. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC