"Sərhədçi" İdman Mərkəzində basketbol üzrə Azərbaycan Kubokunun A qrupunda son iki oyun keçirilib.
Presssport.az xəbər verir ki, günün ilk oyunu "Xırdalan" və "Sumqayıt" arasında baş tutub.
Bu oyun "Xırdalan" klubunun 89:83 hesablı qələbəsi ilə yekunlaşıb. Ən məhsuldar basketbolçular: "Xırdalan"dan Teyvion Körk (20 xal, 5 ribaund), "Sumqayıt"dan Nəzər Quliyev (21 xal, 8 ribaund) olublar.
Günün 2-ci oyununda qrup liderliyi uğrunda "Neftçi" və “Xəzri” görüşüb. Bu qarşılaşmada "Neftçi" 80:67 hesablı qələbə qazanaraq A qrupundan lider kimi yarımfinala yüksəlib. Ən məhsuldar basketbolçular "Neftçi"dən Kamran Məmmədov (26 xal, 4 ribaund), "Xəzri"dən Oubri Makalpayn (26 xal, 5 ribaund) olublar.
B qrupunda yarımfinala vəsiqə qazanacaq sonuncu klubun adına "Sabah" - "NTD-İndoqö" oyunundan sonra aydınlıq gələcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC