“Sabah”ın gürcü futbolçusu Davit Volkov milli komandasının tarixində ilk dəfə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmasını şərh edib.
29 yaşlı hücumçu Presssport.az-a açıqlamasında bu tarixi naliyyətə görə çox sevincli olduğunu vurğulayıb: “Gürcü xalqının dünən axşam aldığı emosiya həmişəlik qalacaq. Gürcüstan bunu layiq idi. Dünənki elə xoş gündə kim millinin düşərgəsində olmaq istəməzdi ki? Təkcə futbolçular bunu istəmirdi. Bütün Gürcüstan dünən futbolçu olmaq istəyirdi. Hansılar ki gürcü futbolunda tarix yazdılar”.
Davit onları AVRO-2024-ə çıxaran fransalı baş məşqçi Villi Sanyolun dövründə milliyə dəvət alaraq oynayıb. O, final mərhələsinə yollanacaq heyətdə yer alacağına ümidini də ifadə edib. Bu yerdə bildirək ki, Gürcüstan yığması Portuqaliya, Çexiya və Türkiyə milliləri ilə birgə qrupda yer alıb.
Xatırladaq ki, Volkov 2019-cu ilin yanvarından karyerasını ölkəmizdə davam etdirərək daha əvvəl “Qəbələ” və “Zirə”də çıxış edib. O, millidə 4 oyun keçirərək 1 qola imza atıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC