"Qarabağ"ının qapıçısı Andrey Lunyov Rusiya mətbuatına danışıb.
Presssport.az xəbər verir ki, Ağdam klubunun rusiyalı legioneri "Matç TV"yə müsahibəsində "Bayer"ə qarşı Avropa Liqasının 1/8 final mərhələsinin oyunlarından (2:2, 3:2), Bakıdakı həyatından, ölkə çempionatının səviyyəsindən söhbət açıb.
- Azərbaycanda asudə vaxtlarını necə keçirirsən?
- Vaxtımızın çox hissəsini bazada keçiririk. İyul-avqust aylarında, hava bir az dəyişməyə başlayanda bura gəldim. Baxmayaraq ki, noyabrın sonuna kimi hələ də şort geyinmişəm. Bəlkə də bəziləri mənə axmaq kimi baxırdılar, amma noyabrda çöldə hava 20 dərəcə olanda niyə etməyim?
- Bazarlara getmisən?
- Bəli, “Yaşıl bazar”da olmuşam.
- Qiyməti aşağı salmaq üçün danışıq aparırsan?
- Xeyr, bunu sevmirəm. Hansı qiyməti deyirlərsə, onunla da razılaşıram.
- Azərbaycan dilində başa düşürsən?
- Yox. Sadəcə bir neçə sadə sözü bilirəm. Məsələn, “burda”, “orda”, “olmaz”, “belə oynamaq olmaz!”
- İndi “qara zolaq”dasan, yoxsa "ağ zolaq"da?
- Ağ olduğunu deyə bilərik. Baxmayaraq ki, mən maksimalist olduğum üçün daha da yaxşısını istəyirəm. Yəni, Avropa Liqasında “Bayer”i məğlub etsəydik, bir az şanslı oynasaydım, onda daha qəti şəkildə "ağ zolaq"da olduğumu deyə bilərdim.
- Sənin üçün “Bayer” prinsipial rəqib idi?
- Yox. Əslində qrup mərhələsinə vəsiqə qazananda onların bizimlə qarşılaşmasını istəyirdim. Ancaq sonradan onlarla qarşılaşmaq istəmirdim. Çünki düzünü desək, “Bayer” Avropa Liqasında əsas favoritlərdən biridir. Məncə, əsas iki komanda var: onlar və “Liverpul”.
- Demək olar ki, “Bayer” “Qarabağ”ı düzgün qiymətləndirmədi?
- Mən belə deməzdim. Çünki birincisi, bu, pley-off mərhələsidir. Yəni istənilən səhv ölümcül ola bilər, siz avrokuboklarla vidalaşa bilərsiz. Heç nəyi geri qaytarmaq olmur. Digər məqam isə onların həm çempionatda, həm kubokda, avrokuboklarda da qarşılarına yüksək hədəflərin qoyulmasıdır.
- “Bayer”lə matçda meydanda azlıqda qaldıqdan sonra da qol vurdunuz...
- Bəli, qol vurduq. Ona görə də təəssüf hissi daha da böyükdür.
- “Qarabağ” ola biləcəyi yerdən də yuxarıya tullandı?
- Anladığım qədər yox. Çünki “Qarabağ”ın nəyə qadir olduğunu gördüm, başa düşdüm. Müəyyən şərtlər daxilində bu uğuru əldə edə bilərdik, daha da yüksəklərə qalxa bilərdik. Amma başımızın üstündən hoppandığımızı dəqiq deyə bilmərəm.
- Almaniyadakı oyundan sonra sizi Bakıda necə qarşıladılar?
- Azərbaycan çempionatı haqqında da bir az danışardın...
- Azərbaycan çempionatı 10 komandanın iştirak etdiyi turnirdir. Dörd dövrə oynayırıq. Düzünü desəm, yaxşı tərəfə təəccübləndim, çünki eyni “Qarabağ”ın futbolçuları mənə dedilər ki, burada avrokuboklar gedəndə əylənirsən, amma onlar bitən kimi, bu, çətindir. Heç bir rəqibə qarşı asan olmur. Atmosfer, belə demək mümkünsə, məyusedicidir: stadionlara çox az tamaşaçı gəlir. Hiss olunur ki, siz rəsmi oyun deyil, bir növ yoldaşlıq oyunu keçirirsiniz. Bu, əvvəllər oynadığım digər komandalarla müqayisə olunur.
- "Neftçi" – “Qarabağ” derbisində Reziuan Mirzova qarşı oyun necə keçir?
- Normal. Son oyunda o, biz artıq 2:1 hesabı ilə öndəydik və Mirzov meydana daxil oldu. Ancaq aydındır ki, 5-10 dəqiqəyə özünü ifadə etmək, özünü göstərmək çətin olur.
“Qarabağ”a konkret məqsədlə gəlmişəm. Zədədən və “Bayer”də oynamaq baxımından uğursuz müddətdən sonra mənim qarşıma dəqiq hədəf qoyulmuşdu – stabil və yaxşı vəziyyətə, futbola qayıtmaq.
- Alındı?
- Qismən. Mövsümün sonunda sizə neçə faiz olduğunu da dəqiq deyəcəyəm.
- “Qarabağ” əyləncəli komandadır?
- Bir tərəfdən elədir. Amma eyni zamanda ən sərt intizam var. Əgər Stanislav Çerçesovun dövründə (Rusiya millisində) təbəssümsüz ciddi işlər görmək mümkün deyildisə, burada vəziyyət daha sərtdir.
- “Qarabağ”dakı gələcəyinizi necə görürsüz?
- Baxarıq. Mənim müqaviləm olduğu müddətdə çempionat davam edir, kubokun yarımfinalında oynayırıq. Məqsəd hər şeyi qazanmaqdır.
- Müqavilə müddətinin artırılması haqda söhbət var?
- Söhbət olub. İndi, belə demək mümkünsə, hələ danışıq mərhələsindəyik.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC