Moskva “Spartak”ının sabiq baş direktoru Yuri Zavarzin “Neftçi”ylə Bakıda keçirilməli olan yoldaşlıq görüşünün ləğv edilməsindən danışıb.
Presssport.az xəbər verir ki, onun fikrincə, bu matçın ləğvi ən pis variant deyildi: "Birincisi, onların hamısı artıq yorulub. Çempionatın sonuna yaxın verilən əlavə pauza oyunun tonuna təsir etmir. O, ya mövcuddu, ya da yoxdu. Bir oyun buna necə təsir edə bilər? Əlbəttə ki, bu, məşqçinin problemidi. Amma yəqin ki, bu şəkildə daha yaxşı olduğunu düşünürdülər. İndiki məqamda vacib olan psixoloji məqamdı. Bütün ölkə matəm içindədi”.
Xatırladaq ki, komandalar arasında martın 23-də baş tutmalı olan oyun, görüşdən bir gün əvvəl Moskva vilayətində baş vermiş terror aktı səbəbindən ləğv edilmişdi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC