Moskva “Lokomotiv”inin və Rusiya millisinin sabiq futbolçusu Ruslan Pimenov təcrübəli həmkarı Stanislav Çerçesovun Azərbaycan milli komandasına rəhbərlik edə biləcəyinə münasibət bildirib.
Presssport.az xəbər verir ki, veteran hüc6əumçu Çerçesova millimizdə işləməyi məsləhət görüb:
"Azərbaycan millisində çalışmaq onun üçün əla variantdı. Əks halda işsiz günlər uzanacaq. Niyə özünü bu komandada sınamasın? Ola bilər ki, Azərbaycanda görəcəyi iş sayəsində Çerçesov Avropa klublarının diqqətini cəlb etsin. Lakin bunun üçün qələbələr lazımdı".
Xatırladaq ki, 60 yaşlı Çerçesovun adının bir müddətdi millimizin baş məşqçi postuna namizədlər arasında olduğu iddia edilir.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC