"Kəpəz"in futbolçusu Mate Kvirkiya klubun mətbuat xidmətinə açıqlama verib.
Presssport.az xəbər verir ki, gürcü yarımmüdafiəçi Premyer Liqanın 28-ci turu çərçivəsində "Qarabağ"la keçiriləcək oyun haqda danışıb.
27 yaşlı oyunçu məqsədlərinin xal qazanmaq olduğunu deyib: "Növbəti matçımız "Qarabağ"a qarşı olacaq. Bizi asan oyun gözləmir. Rəqibimiz güclüdür. Buna baxmayaraq, onlara qarşı səylə hazırlaşırıq. Məqsədimiz xal qazanmaqdır. Bizi gərgin mübarizənin gözlədiyini yaxşı dərk edirik. Çempionatda yaranan fasilədən yaxşı yararlanmağa çalışdıq. Bu mövsüm "Qarabağ"la üç dəfə qarşılaşmışıq. İstədiyimiz nəticələr olmayıb. Bu dəfə fərqli çıxış etmək istəyirik. Son oyundan daha yaxşı oynamalıyıq. Bəzən yaxşı, bəzən pis nəticə göstərə bilərsən. Amma hər gün daha yaxşı olmağa çalışıram".
Mete deyib ki, “Kəpəz” onun üçün böyük klubdu və buna görə də istəyi böyükdü: "Azarkeşlərə təşəkkür etmək istəyirəm. Hər oyunda bizi dəstəksiz qoymurlar. Sonuncu dövrəyə başlayırıq. Dəstək həmişəkidən daha çox lazım olacaq. Birlikdə güclü olacağıq".
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC