"Bizə çox faydalı yoxlama oyunları oldu"

Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışında olan basketbol üzrə qızlardan ibarət Azərbaycan millilərinin baş məşqçisi Evren Alkaya federasiyanın mətbuat xidmətinə açıqlama verib.

Presssport.az xəbər verir ki, türkiyəli mütəxəssis 10 günlük hazırlıq prosesinin başa çatdığını xatırladıb:

"Səhərlər məşq, axşamlar yoxlama oyunları keçirdik. Bu müddətdə 15 matç oynadıq, 1-də məğlub olduq. Həmin görüş də başabaş mübarizə mübarizə şəraitində keçdi. Bundan əlavə, İstanbul çempionu "Qalatasaray"ı məğlub etdik. Üz-üzə gəldiyimiz bütün komandalar İstanbul A Liqası təmsilçiləri idi. Bursa və Sakaryanın çempionları ilə də qarşılaşmışdıq. Komandamızın səviyyəsini gördük. Çox ciddi toplanışı arxada qoyduq".

Evren Alkaya yoxlama görüşlərinin əhəmiyyətli olduğunu vurğulayıb: "Bizə çox faydalı oldu. Gələcəkdə planladığımız U-14 kollektivi ilə başqa oyun keçirdik. Onların da uğuruna şahidlik etdik. Uşaqları hazırlaşdırmağa davam edəcəyik. Toplanışı peşəkarlıqla başa vurduq. Bizə bu şəraiti yaratdıqları üçün federasiya rəhbərliyinə təşəkkür edirik".

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC