“Qəbələ” Premyer Liqanın XXVIII turunun “Neftçi” ilə ev oyununun hazırlıq prosesini başa vurub.
Presssport.az xəbər verir ki, iki futbolçu komandanın məşqində iştirak etməyib.
Belə ki, kapitan, təcrübəli yarımmüdafiəçi Asif Məmmədov və hücumçu Ülvi İsgəndərov bərpa prosesi keçirlər.
Xatırladaq ki, bu gün Qəbələ şəhər stadionunda baş tutacaq “Qəbələ” - “Neftçi” qarşılaşmasına saat 16:30-da start veriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC