1992-ci ildən keçirilən Azərbaycan milli çempionatlarında ilk bu gün yaşanacaq?!

Azərbaycan Premyer Liqasında 2023/24 mövsümün qalibinin artıq bu gün müəyyənləşəcəyi gözlənilir.

Presssport.az xəbər verir ki, XXVIII turda lider "Qarabağ" Tofiq Bəhramov adına Respublika stadionunda “Kəpəz” üzərində qələbə qazanacağı halda xallarının sayını 69-a yüksəldəcək və bununla da tarixində 11-ci dəfə Azərbaycan çempionu olacaq. 

Məlumdu ki, 27 turdan sonra "Qarabağ"ın 66, turnir cədvəlində ən yaxın izləyiciləri olan "Sabah"la "Neftçi"nin isə 40 xalı var. İlk “3-lüy”ün növbəti turda qalib gələcəyi təqdirdə çempionatın bitməsinə 8 tur qalmış komandalar arasında xal fərqi yenə 26 olacaq. Bu o deməkdi ki, "Qarabağ" hətta bundan sonra bütün 8 matçda uduzsa, 2-ci pillədəki komanda isə bütün oyunlarda qalib gəlsə belə, ağdamlılar liderliyi əldən verməyəcəklər. Yəni, ən pis halda yekunda 1-ci və 2-ci pillə arasında xal fərqi 2 olacaq - 69 və 67. 

Bundan başqa, "Kəpəz"lə oyunda mümkün heç-heçə də "Qarabağ"ı çempion edir. Bu halda 67-i xalı olacaq Ağdam klubu sonrakı bütün oyunlarda uduzsa və 2-ci pilllədəki komanda bütün görüşlərdə qələbə qazansa, yekunda xallar bərabərləşəcək. Premyer Liqamızın Əsasnaməsinə görəsə ilk 2 yer arasında xal fərqi bərabər olarsa, qalib şəxsi oyunlardakı göstəriciyə əsasən müəyyənləşir. Bu mövsüm isə "Qarabağ" şəxsi oyunlarda həm "Neftçi"dən (3 oyun, 3 qələbə), həm də "Sabah"dan üstün olub (3 oyun, 2 qələbə, 1 heç-heçə).

Onu da bildirək ki, “Qarabağ” bu gün çempion olarsa, Azərbaycan futbolunda növbəti ilkə imza atacaq. Belə ki, 1992-ci ildən keçirilən milli çempionatlarda heç bir komanda martda, son dövrənin startında artıq qızıl medalçı olmasını rəsmiləşdirməyib.

Xatırladaq ki,  “köhlən atlar" bu turda nominal qonaq olacaq. Qarşılıqlı razılaşmaya əsasən, stadion problemi olan “Kəpəz” rəqibini onun arenasında qəbul edəcək. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC