Şükürov "Qarabağ"dan heç olmasa 1 xal almağa köklənib - "Papu"ya görə Gürcüstanda kimlə əlaqə saxlayıblar?

“Kəpəz” Premyer Liqanın sön dövrənin startında da aparıcı legioneri Georgi Papunaşvilinin xidmətindən yararlana bilməyəcək. 

Bu haqda Presssport.az-a danışan komandanın baş məşqçisi Adil Şükürov təcrübəli gürcü yarımmüdafiəçinin sağalmadığını, hələ də zədə probleminin qaldığını vurğulayıb: “Bizdə itki yalnız odu, qalanları inşallah, oyuna hazırdı. "Papu"da bir az qasıq nahiyəsində ağrılar var. Həm bizim həkimlə danışdıq, həm də Gürcüstandakı şəxsi həkimi var, onunla əlaqə saxladıq. İnşallah, futbolçu bu oyundan sonra artıq komandayla hazırlığa qatılacaq. Hələ ki individual məşqlər edir, dayanmayıb. Həkimlər icazə versələr, növbəti həftədən komandayla məşqlərə başlayacaq yavaş-yavaş. Yəqin ki, "Araz-Naxçıvan”la səfər oyunumuza hazır olar. Ümumi durumumuz Allaha şükür qaydasındadı. Hər kəs “Qarabağ”la oyuna hazırlaşır, matçın ciddiliynin, nə dərəcə vacib olduğunu anlayır. Bu haqda biz də çox danışırıq. Çalışacağıq ki, yaxşı oynayaq və bu qarşılşmada heç olmasa 1 xal qazanaq".

Onu da bildirək ki, “Qarabağ” bu gün gəncəlilərə uduzmasa, 11-ci çempionluğunu rəsmiləşdirəcək. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC