Premyer Liqada son dövrənin ilk turunu 6 futbolçu cəza üzündən buraxacaq. Presssport.az xəbər verir ki, cəzalıların yarısı açılış matçıyla bağlıdı.
Belə ki, saat 16:30-da başlayacaq “Qəbələ” - “Neftçi” görüşündə 3 futbolçu vərəqə limitini aldıqlarına görə kənarda qalacaqlar. Bu, meydan sahiblərində müdafiəçi İlkin Qırtımovla portuqaliyalı yarımmüdafiəçi Bilel Auaşeriya, qonaqlarda millimizin üzvü olan orta sahə oyunçusu Eddi İsrafilovdu.
Bundan sonra keçiriləcək "Qarabağ"ın "Kəpəz"lə Tofi Bəhramov adına Respublika stadionunda çempionluq matçında kabo-verdeli yarımmüdafiəçisi Patrik Andrade həmin səbəbdən oynamayacaq.
“Araz-Naxçıvan”da cəzalılar isə qırmızı vərəqənin əziyyətini çəkənlərdi. Bunlar ehtiyat qapıçı Vüsal Şabanovla bosniyalı müdafiəçi Numan Kurdiçdi. Onlar “Sumqayıt”la səfər görüşünü buraxacaq,
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC