Rahil Məmmədov liderə qarşı oynamağa hazırdı

Millimizin futbolçusu Rahil Məmmədovun formasını geyindiyi LKS Polşa çempionatının XXVI turunda "Yaqelloniya"nın qonağı olacaq.

Presssport.az xəbər verir ki, 29 yaşlı müdafiəçi liderlə matçda oynamağa hazırdı. 

Bu barədə Lodz təmsilçisinin baş məşqçisi Marçin Matisyak məlumat verib: "Azərbaycan millisindən qayıdan müdafiəçi kollektivlə birlikdə məşqlərdə iştirak edir. O, "Yagelloniya" ilə çempionat matçında komandamıza kömək edəcək".

Xatırladaq ki, Rahil qış fasiləsində "Qarabağ"dan Polşa klubuna keçib. Təcrübəli mərkəz müdafiəçisi bu ölkənin çempionatında 7 matçda meydana çıxıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC