"Bilirdik ki, bu oyun bizim üçün çətin olacaq. Ona görə yox ki, "Qəbələ" Premyer Liqada qalmaq üçün mübarizə aparır. Yaxşı komandadı, təcrübəli baş məşqçisi var. İlk hissə elə də maraqlı keçmədi. Futbolçular yaxşı nəfəs ala bilmirdilər. Kilan Lebon şəxsi keyfiyyətləri sayəsində gözəl qol vurdu. İkinci hissədə açıq oyun gedirdi və hər iki tərəfdə səhvlər var idi. Biz də qol vura bilərdik, rəqib də. Qələbə qazandıq. Amma bir az bəxtimiz gətirdi".
Presssport.az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç Premyer Liqanın XXVIII turunun "Qəbələ"(0:1) ilə görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib. O, ardından jurnalistlərin suallarını cavablandırıb.
- Qəbələdəki infrastrukturu necə dəyərləndirirsiniz?
- Azərbaycanda ən yaxşı meydança burdadı. Məşq üçün də keyfiyyətli meydançaları var.
- Emin Mahmudovun bu gün ehtiyatda qalmasının səbəbi nə idi? "Qarabağ"la kubok matçına qoruyurdunuz, yoxsa hələ də zədədən tam sağalmayıb?
- Bir az ağrı hiss edirdi. Emini növbəti oyuna saxlamaq istədik.
- Gəlişinizdən sonra oyun keyfiyyətində inkişaf var?
- Çempionatda bütün komandalar demək olar ki, eyni səviyyədədi. Digər komandalarla müqayisədə son vaxtlarda bizim keyfiyyət bir az artıb. İndi daha çox qol epizodu yaradırıq və qollar vururuq.
- Müdafiə planında inkişaf var?
- Son iki oyunda qol buraxmamışıq. Komanda 11 oyunçu ilə müdafiə olunur. Bəli, bu gün ikinci hissədə çoxlu səhvlər etdik.
- Sabah "Sabah" - "Zirə" matçı var. Bu oyunda hansı nəticənin qeydə alınacağını düşünürsüz?
- Nəsə əldə etmək istəyiriksə, yalnız öz nəticələrimizə baxmalıyıq. Rəqiblərimizin səhv etməsini gözləməli deyilik.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC