Moskva “Spartak”ının futbolçusu Ruslan Litvinov "Neftçi" ilə Bakıda baş tutmayan yoldaşlıq oyunu ilə bağlı fikirlərini bildirib.
Presssport.az xəbər verir ki, Litvinov klubun rəsmi saytına açıqlamasında paytaxtımıza heyran qaldığını gizlətməyib: “Bakının necə gözəl və maraqlı şəhər olduğunu görə bildim. Daha sonra uşaqlarla müzakirə etdik ki, boş vaxtlarda bu şəhərə səyahət edib, ailələrimizlə vaxt keçirmək istəyirik. Cümə günü günortadan sonra ora çatdıq, otelə yerləşdik və ətrafa baxmaq üçün şəhərə çıxdıq. Tamamilə şokda idim! Kiçik, dar, çox təmiz küçələr, rəngli binalar...Amma elə mərkəzdə yaşamırdıq. Sonradan isə “Krokus”dakı terror aktı ilə bağlı xəbər gələndə, başqa bir şey haqqında düşünmək onsuz da çətin idi. Yatmadıq, narahat olduq. Ertəsi gün isə artıq oyunun baş tutmayacağı haqda söhbətlər gedirdi. Qərar açıqlananda hamı başa düşdü. Futbol haqda düşünməyə vaxt yox idi”.
Yarımmüdafiəçi əmindi ki, ölkəmizdə onları qarşılayan o azarkeşlərin də incikliyi yoxdu: “Spartak” neçə illərdir ki, Bakıya səfər etmirdi. Ordakı fanatlar da bizim üçün çox darıxmışdı”.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC