"Çalışacağıq ki, ikinci titulu da qazanaq” - Marko Yankoviç

"Qarabağ"ın oyunçusu Marko Yankoviç "Kəpəz"i 6:1 hesabı ilə məğlub edərək çempionluğu rəsmiləşdirdikləri oyundan sonra jurnalistlərə açıqlama verib.

Presssport.az xəbər verir ki, monteneqrolu yarımmüdafiəçi əvvəlcə oyun haqda təəssüratlarını bölüşüb: “Buna görə mövsüm boyu çalışırıq. Millilər oyunlarından sonra çox gözəl matç keçirdik. Oyunçular yorulmağa başlamışdı, çünki çoxlu sayda oyunlar keçiririk. Amma biz böyükhesablı qələbə qazanaraq gözəl çıxış etdik. Qol və qolun etirməsi edən hər kəsə görə şadam. Biz çempionluğu yaxşı şəkildə qazandıq. Bu isə vacibdir. İndi “Neftçi” ilə oyuna və kuboka fokuslanacağıq. Çalışacağıq ki, ikinci titulu da qazanaq”.

O, “Milli komandaların oyunlarından sonra yorğunçuluğu necə aradan qaldırırsız” sualına belə cavab verib: “Biz peşəkarıq. Ondan da əlavə məşqçilər və klub işçiləri bizim qayğımıza qalırlar. Onlar daha az oynayanları daha çox oynadırlar. Millidə çox oyun keçirən futbolçuları digərləri ilə əvəzləyirlər. Bu yaxşı haldır”.

Yankoviç böyükhesablı qələbələrin komandaya müsbət təsir etdiyini qeyd edib: “Çox qol vurmaq həmişə yaxşıdır. Əsasən də hücumçularımıza bu cür oyunlar daha çox inam verir. Bu gözəl məqamdır. Əsasən də oyunun çempionluq uğrunda olduğuna görə. Hamımız xoşbəxtik”.

28 yaşlı yarımmüdafiəçi “Qarabağ” bugünkü qələbə ilə çempionluğu təsdiqləyərək gələn oyunlara motivasiyanı necə tapacaq” sualına deyib: “Bu cür oyunlar bir az hiyləgər olurlar. Dediyim kimi, biz peşəkarıq. Biz həmişə yaxşı səviyyədə oynamalıyıq, çünki “Qarabağ”ı təmsil edirik. Düşünə bilmərik ki, artıq çempion olduqsa, uduzmalıyıq. Belə hallar ola bilər, amma məğlub olsaq da yaxşı oyun göstərməliyik”.

“Qarabağ”ın Avroliqada çıxışından sonra çoxlu transfer iddiaları yarandı. Bu iddialar M. Yankoviçə də toxunub. O, bunun yaxşı hal olduğunu qeyd edib: “Bu haqda heç nə deyə bilmərəm. Hazırda “Qarabağ”ın oyunçusuyam. İnsanlar bu cür deyirlərsə, yaxşıdır. Çünki bu o deməkdir ki, özünü yaxşı tərəfdən göstərə bildin. Amma indi mən “Qarabağ”ın oyunçusuyam və gələcəkdə nə olacağını görəcəyik”.

Sonda monteneqrolu futbolçu keçmiş Azərbaycan millisinin baş məşqçisi və indiki Monteneqro millisinin baş məşqçisi Robert Proşineçki haqda danışıb: “Möhtəşəm təcrübə idi. Çox gözəl 6-7 günlər keçirdik. Bir birimiz haqda daha da yaxından tanımağa çalışdıq, daha çox öyrənməyə çalışdıq. O bizə yeni tapşırıqlar verdi. İndi hər şey müsbətdir. İki qələbə qazandıq. Həm bizim üçün, həm də onun özü üçün çox gözəl başlanğıcdır. İndi isə gələcək oyunları gözləyirik ki, daha da yaxşı oyun göstərə bilək” (qol.az).


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC