"Sabah"ın Gürcüstanda və Türkiyədə çempion komandası bu dəfə İtaliyada: "İndi də istəyirik onları Avropada sınayaq"

"Budəfəki sınağımız İtaliyanın Ravenna şəhərinə ”Ravenna Cup"dı. Bizə demişdilər ki, belə bir turnir var. Təşkilatçılarla əlaqə saxladıq ki, biz də iştirak etmək istəyirik. Yaxşı oldu ki, həmin anda da orda vakant yer vardı. Çünki elə turnirlərdə gərək qabaqcadan sifariş verəsən. O üzdən müraciət edək və bizi də qeydiyyata aldılar. Təbii ki, çalışacağıq ordan da başqa bir maraqlı turnirlər olsa, onlarla da əlaqə quraq". 

Bu fikirləri Presssport.az-a açıqlamaısnda “Sabah” Futbol Akademiyasının aşağı yaş qrupları üzrə koordinatoru Təbriz Həsənov deyib. Onun sözlərinə görə, İtaliyada çox maraqlı turnirə 

yollanıblar:  “Akademiyamızın U-13 komandasıyla həmin yarışa yollanmışıq. Heyətdə 2011-ci il təvəllüdlülərdi. 35 komanda hərəsində 5 olmaqla 7 qrupa bölünüb. Bizim qrupda İtaliyanın 2 komandası var. Ondan əlavə, rəqiblərimiz Slovakiya və Lüksemburq təmsilçiləridi. İnşallah, çalışacağıq ki, biz də maksimum yaxşı oyun nümayiş etdirək. Bu komandayla daha əvvəlki illərdə Gürcüstanda da turnirdə çempion olmuşduq, keçən il də “Rize Cup”da da". İndi də istəyirik onları Avropada sınayaq. Hardasa 15 ölkədən komandalar olacaq. Digərləri İtaliya təmsilçiləridi".

Həsənov qazon amilinə də toxunaraq bunun vacibliyini vurğulayıb: "Oyunlar təbii ot olan meydançada keçiriləcək. Bu da ən azından bizim üçün daha bir maraqlı məqam olacaq. Çünki Azərabycanda süni meydançalarda oynayırıq və istədik ki, təbii otda da özümüzü sınayaq. Həm də Avropa komandalarıyla özümüzü yoxlayaq ki, nəticədə istər futbolçular, istərsə də məşqçilər inkişafımız üçün - müsbət və mənfi cəhətlərimizi görsünlər. Avropadan kənarda da komandalar var. Misal üçün Yaponiyadan. Uşaqlarımızın Avropadan olan həmyaşıdlarıyla özlərini sınaması əsas məqsədimizdi. Yekunda nəticə çıxararaq daha çox öz üzərimizdə çalışaq. İstər futbolçular, istərsə də məşqçilər belə turnirlərdən sonra özlərinə öz üzərlərində daha çox işləyəcəklər. Hər birimiz üçün böyük bir təcrübədi. O üzdən maksimum çalışırıq ki, ”Sabah" Futbol Akademiyası turnirlərdə çox iştirak edək. Bu il ən azından 2013-cü il komandamız Tiflisdəki turnirdə olub.  2015-ci il komandamız bu il Belarusun paytaxtı Minskdə "Naşe Buduşeye" turnirdə iştirak etdi. Digər komandalarımız da yaxın aylarda beynəlxalq turnirlərdə iştirak edəcək. Maksimum çalışırıq ki, hər yaş qrupumuz ildə 1-2 beynəlxalq turnirdə iştirak etsin".

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC