"Neftçi"nin Premyer Liqanın XXVIII turunda "Qəbələ"ni səfərdə məğlub etdikləri (1:0) matçda qələbə topunun müəllifi olan Kilan Lebon matçdan sonra klubun televiziyasına açıqlama verib.
Presssport.az xəbər verir ki, fransalı sol cinah yarımmüdafiəçisi çətin oyun olduğunu söyləyib: "İstədiyimiz kimi oynaya bilmirdik. Əsas odur ki, sona qədər mübarizə apardıq və qələbə qazandıq. Axır ki, qol vura bildim. Şükürlər olsun, ümid edirəm ki, mövsümün sonuna kimi daha çox qollar vuraram.
Lebon Azərbaycan kubokunun yarımfinalının "Qarabağ"la oyunu haqda da fikirlərini bölüşüb:
"Kubok oyunu çətin olacaq. Hər şey ola bilər. Ümid edirik ki, finala vəsiqə qazana biləcəyik".
Xatırladaq ki, “Neftçi” “Qarabağ”la ilk yarımfinal matçını aprelin 2-də evdə keçirəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC