Firdovsi Umudov Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının Xüsusi Konqresində iştirak edib

Bu gün Tailandın Phuket şəhərində Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) Xüsusi Konqresi keçirilib.

Presssport.az Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə qurumun vitse-prezidenti Firdovsi Umudov da iştirak edib.

Konqresdə qurumun bütün komitələrinin hesabatları dinlənilib, müzakirələr aparılıb, təşkilatın yeni himni təqdim olunub. Bununla yanaşı, Paris Yay Olimpiya Oyunlarına gedən yolda son durum müzakirə edilib, bu il dünya səviyyəli yarışları qəbul edəcək ölkələrin təqdimatları nümayiş etdirilib.

Umudov IWF prezidenti Mohəmməd Calud və Avropa Ağırlıqqaldırma Federasiyasının prezidenti Antonio Konflitti ilə də görüşlər keçirib. Bu görüşlər zamanı bir sıra məsələlər, həmçinin AAF-ın bu beynəlxalq təşkilatlarla dostluq, əməkdaşlıq və tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, ölkəmizdə ağırlıqqaldırmanın inkişafı istiqamətində beynəlxalq təcrübənin öyrənilərək tətbiqi də müzakirə edilib.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC