“Qarabağ”ın rusiyalı qapıçısı Andrey Lunyov “Nyukasl”dan aldığı təklifdən bir daha danışıb.
Presssport.az xəbər verir ki, 33 yaşlı qolkiper Rusiya mətbuatına "Bayer"də olarkən İngiltərə klubundan aldığı təklifi geri çevirməsinin səbəbini açıqlayıb: “Hansı daha yaxşıdı: İngiltərədə ehtiyatda qalmaq, yoxsa “Qarabağ”da əsas oyunçu olmaq? Azərbaycanda və avrokuboklarda oynayırsansa, təbii ki, “Nyukasl”da 3-cü və ya 4-cü qapıçı olmaqdansa, “Qarabağ”da oynamaq daha yaxşıdı. Demək olar ki, 33 yaşım var, ona görə də hələ də futbol oynamaq istəyirəm. Bəlkə 36 yaşında İngiltərəyə baxmaq istəyərsən. O yaşda skamyada oturub meydana baxmağı özünə rəva görə bilərsən. Amma indi yox”.
Xatırladaq ki, Lunyov “Qarabağ”a 2023-cü ilin yayında azad agent kimi keçib. Qapıçının ağdamlılarla müqavilə müddəti bu mövsümün sonunadəkdi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC